İlon Mask daha 53 peyki uğurla orbitə çıxarıb

14-11-2021, 07:09           
İlon Mask daha 53 peyki uğurla orbitə çıxarıb
“Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.
Bu gün “Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet şəbəkəsi sistemi üçün nəzərdə tutulan daha 53 minipeyki uğurla orbitə çıxarıb.
Sputnik Azərbaycan SpaceX şirkətinin saytına istinadla xəbər verir ki, “Falcon 9” daşıyıcı raketi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 07:19-da (Bakı vaxtı ilə 16:19) Florida ştatında yerləşən Kanaveral burnundakı kosmodromdan start götürüb.
Bu, 2019-cu ilin mayından başlayaraq, “Starlink” layihəsi çərçivəsində orbitə artıq 32-ci, cari ildə isə 16-cı buraxılışdır. Hazırda “SpaceX” orbital qruplaşmasına 1842 kosmik aparat daxildir.
Qeyd edək ki, İlon Maskın qurucusu olduğu “SpaceX” şirkəti planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişi təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün orbitə 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru