Dünyanın “ən sağlam yeməyi”nin müəlifi 45 yaşında qəflətən öldü - FOTO

14-11-2021, 08:56           
Dünyanın “ən sağlam yeməyi”nin müəlifi 45 yaşında qəflətən öldü - FOTO
“Dünyanın ən sağlam yeməyi”ni yaradan və düzgün qidalanmağı təbliğ edən məşhur britaniyalı aşpaz Qurparit Beyns qəfil vəfat edib.

Məlumata görə, 45 yaşlı qurman infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilib.

O, sonradan özünə gəlsə də, ürək və böyrək fəsadlarından ölüb.

Beynsin sağlam qidaya marağı sürətlə kökəlməyə başlayanda yaranıb. Kulinariya mütəxəssisi 2009-cu ildə “dünyanın ən sağlam yeməyi” ilə (karri və qaragilə ilə toyuq resepti) şöhrət qazanıb.

O, bir sıra superərzaq kitablarının müəllifidir. Onun 2010-cu ildə buraxılmış ilk yemək kitabı – “Indian Superfood” kitabı bestseller oldu. Bundan əlavə, Beyns 2011-ci ildə ilk “English Curry Awards” mükafat təqdimetmə mərasimində “İlin Baş aşpazı” seçilmişdi.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru