Fransa şirkəti Makron üçün xüsusi zirehli avtomobil hazırladı - FOTO/VİDEO

14-11-2021, 09:07           
Fransa şirkəti Makron üçün xüsusi zirehli avtomobil hazırladı - FOTO/VİDEO
Avtomobil istehsalçısı DS (premium brend “Citroen”) Fransa prezidenti Emmanuel Makron üçün eksklüziv olaraq yığılan unikal “7 Crossback” krossoverini təqdim edib.

Yeni avtomobilin videosu şirkətin “YouTube” kanalında yerləşdirilib.


Eksklüziv avtomobil üçün 1,6 benzin mühərriyi əsasında 300 at gücünə malik hibrid qurğu götürülüb.

Aqreqatlar səkkiz pilləli avtomat sürət qutusu ilə işləyir.

Makron üçün eksklüziv yığılan avtomobil orijinaldan 20 santimetr artırılmış təkər bazası və qorunma dərəcəsi sirr olaraq qalan zirehli kuzovla fərqlənir.

Avtomobil Fransa prezidentlərinin kortejləri üçün standart “Ink Blue” rəngindədir.























Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru