Bolqarıstanda xəstəxanada yanğın: 3 korona xəstəsi yanaraq öldü 14-11-2021, 14:22 Bolqarıstanın Sliven şəhərindəki xəstəxananın COVID-19 şöbəsində yanğın baş verib.Teleqraf.com xəbər verir ki, yanğın xəstəxananın 4-cü mərtəbəsində qeydə alınıb.Hadisə baş verən otaqda 3 xəstənin yanmış meyiti tapılıb.Qalan xəstələr dərhal şöbədən təxliyə edilib.Yanğının səbəbləri hələlik məlum deyil.Hadisə ilə bağlı araşdırma aparılır. Facebook-da paylaş