Küveyt əmiri hökumətin istefasını qəbul etdi

15-11-2021, 00:09           
Küveyt əmiri hökumətin istefasını qəbul etdi
Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.
Teref.az xəbər verir ki, bu barədə KUNA xəbər agentliyi məlumat yayıb.

Əmirin sərəncamına görə, yeni kabinet formalaşana qədər əvvəlki hökumət fəaliyyət göstərməlidir.

Noyabrın 8-də hökumət istefa məktubunu əmirə təqdim edib.

Qeyd edək ki, bu, Küveyt Nazirlər Kabinetinin 2021-ci ildə ikinci istefasıdır./report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru