Ukrayna qırıcıları Su-35-ə müqavimət göstərə bilməz - NL

15-11-2021, 08:57           
Ukrayna qırıcıları Su-35-ə müqavimət göstərə bilməz - NL
Ukraynanın kiçik və köhnəlmiş aviasiya qırıcıları - MiQ-29, Su-24, Su-25 və Su-27 açıq münaqişə vəziyyətində Rusiyaya uğurla müqavimət göstərə bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest" jurnalında dərc edilən analitik məqalədə bildirilib.

Qeyd olunub ki, Krımda yerləşən S-400 raketdən müdafiə sistemi Ukraynanın şərqində və mərkəzində yerləşən hərbi obyektlər üçün ciddi təhlükə yaradır. Güclü radar sistemi və müxtəlif çeşidli raketlərlə təchiz edilən S-400 400 kilometrə qədər məsafədə idarə olunan təyyarələri, pilotsuz uçuş aparatlarını, qanadlı və ballistik raketləri hədəfə ala bilir.

Məqalədə Rusiya Hərbi Hava Qüvvələrində olan “nəhəng qırıcı” Su-35S xüsusi qeyd edilir. Bu qırıcı Kiyevdə xidmətdə olan MiQ-29, Su-24, Su-25 və Su-27-dən açıq-aydın üstündür və geniş raket silsiləsi sayəsində Ukraynanın əsas hərbi hədəflərinə dağıdıcı dəqiqliklə yerüstü zərbələr endirməyə qadirdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru