Yeddi ölkədən Rusiyaya xəbərdarlıq: Ağır nəticələri ola bilər
13-12-2021, 12:57
G7 ölkələri Ukraynanı işğal edəcəyi halda Rusiyaya qarşı sərt addımlar atılacağını açıqlayıblar.
Teleqraf.com xəbər verir ki, bazar günü Liverpulda düzənlənən zirvə görüşündən sonra İngiltərə Xarici işlər naziri Liz Truss deyib ki, Rusiyanın Ukraynaya qarşı aqressiv siyasətini dayandırmağı tələb edirlər.
Dünən keçirilən sammitdə G7 Rusiyanı gərginliyi azaltmağa, diplomatik kanallardan istifadə etməyə və hərbi fəaliyyətlərin şəffaflığı ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.