“OPEC” ölkələrinin neft hasilatı artıb
13-12-2021, 18:56

“OPEC”in qlobal neft hasilatındakı payı 28,2% faiz olaraq qeydə alınıb.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu ilin noyabr ayında gündəlik xam neft hasilatı oktyabrla müqayisədə 290 min barel artaraq təxminən 27 milyon 720 min barelə çatıb.
“Margin.az” xəbər verir ki, bu barədə “OPEC”in aylıq neft bazarı hesabatında qeyd olunub.
Məlumata görə, qlobal neft təklifi ötən ay gündəlik 880 min barel artaraq 98 milyon 280 min barelə çatıb.
Bu dövrdə “OPEC”ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 590 min barel artaraq 70 milyon 560 min barelə çatıb. “OPEC”in qlobal neft hasilatındakı payı 28,2% faiz olaraq qeydə alınıb.
Bu dövrdə “OPEC” ölkələri arasında xam neft hasilatı ən çox Səudiyyə Ərəbistanı və İraqda artıb, Anqola və Liviyada isə azalıb. Səudiyyə Ərəbistanında ötən ay gündəlik neft hasilatı əvvəlki ayla müqayisədə 101 min barel, İraqda isə 91 min barel artıb. Bununla belə, hasilat Anqolada 38 min barel, Liviyada isə 15 min barel azalıb.