Gürcüstan milli təhlükəsizlik konsepsiyasını yeniləyir

14-12-2021, 00:05           
Gürcüstan milli təhlükəsizlik konsepsiyasını yeniləyir
Gürcüstanın milli təhlükəsizlik strategiyası 2022-ci ilin birinci rübündə təsdiq olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Şurasının Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən iclasında bildirilib.

Gürcüstan hökuməti həmçinin təhdidlərin qiymətləndirilməsinə dair sənədi də yeniləyəcək və mühüm əhəmiyyət kəsb edən infrastrukturun mühafizəsi haqqında qanun layihəsini parlamentə təqdim edəcək.

Toplantıda regional təhlükəsizlik mühiti və cari proseslər, eyni zamanda kibertəhlükəsizlik sahəsində islahatlar da nəzərdən keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru