"Biz qonşuyuq və əmiuşağıyıq..." - İsrailin Baş naziri BƏƏ-də rəsmi səfərdədir

14-12-2021, 07:14           
"Biz qonşuyuq və əmiuşağıyıq..." -
İsrailin Baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi səfərdədir.

Bu barədə dekabrın 13-də «The Jerusalem Post» nəşri xəbər verib.

Naftali Bennet Əmirliklərə səfər edən ilk İsrail Baş naziridir. Bennet dekabrın 12-də axşam BƏƏ-ə gəlib və Əbu-Dəbinin varis şahzadəsi şeyx Mohəmməd ben Zaid Əl Nahayyanla görüşüb. Bennet varis şahzadə ilə görüşdən əvvəl «WAM» agentliinə bəyan edib: «BƏƏ liderlərinə və Əmirlik vətəndaşlarına çatdırmaq istədiyim əsas fikir ondan ibarətdir ki, qarşılıqlı həmkarlıq və dostluq təbiidir».

İsrailin Baş naziri həm də yəhudilərin və ərəblərin qohumluğunu xatırladıb: «Biz qonşuyuq və əmiuşağıyıq. Biz, Avraam peyğəmbərin nəvələyirik».

Bennet ticarət, tədqiqat və layihələndirmə, kibertəhlükəsizlik, səhiyyə, təhsil, aviasiya və digər sferalarda əlaqələrin pozitiv inkişafından danışarkən, əlavə edib: «Hesab edirəm ki, bizim yaxşı münasibətlərimiz qalacaq, xüsusilə iqtisadi sferada. Mənim fikrimcə, səhiyyə və ərzaq təhlükəsizliyi sahəsindəki əlaqələr qarşılıqlı əməkdaşlığın vacib hissəsini təşkil edəcək… Bizim aramızda qarşılıqlı ticarətin həcmi bir neçə ay ərzində gələcək inkişaf üçün sərhədsiz imkanlar yaradır… Bizim əməkdaşlığımız nəinki bizim üçün, həm də böyük ölkələr üçün görünməmiş iqtisadi imkanlar yaradır ki, bu da bir daha sabitliyin yüksəlməsi elementi və bölgənin çiçəklənməsi elementidir».

Dekabrın 13-də Bennet BƏƏ sənaye və qabaqcıl texnologiyalar naziri doktor Sultan Əl-Caber və mədəniyyət naziri Nura Əl-Kaabi ilə görüşməli idi.

KİV xatırladır ki, BƏƏ və İsrail 2020-ci ildən münasibətlərin normallaşmasına üstünlük verirlər. Yaxınlaşmanın daha bir faktoru kimi iki ölkə arasında İrandan qaynaqlanan təhlükə irəli çəkilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru