Baydenin dünyanı ağlara və qaralara bölmək planı

15-12-2021, 09:42           
Baydenin dünyanı ağlara və qaralara bölmək planıCo Baydenin Demokratiya Sammitinin əsas məqsədi Rusiya və Çinə qarşı mübarizədir. Məhz ona görə də sammitə gələcəkdə Rusiya və Çinə qarşı əsas aktorlar ola biləcək ölkələr dəvət ediliblər. Ayrılan vəsaitin də onlara xərclənməsi bu məqsədi güdür. Təbii ki, Demokratiya Sammiti Azərbaycanı da mühüm təhdidlərlə üz-üzə qoyur. Ölkəmizin inkişafını gözü götürməyən müəyyən qruplar ara-sıra təzyiq vasitələrindən istifadə edirlər. Lakin onlar bu istəklərinə çatmayacaqlar.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, Demokratiya Sammitinin əsas səbəbi geosiyasi amillərlə bağlıdır:

“Okeanın o tayındakı qüvvələr dünyanın yeni nizamının qurulmasına çalışır. Son 5-10 il ərzində biz Çin və Rusiya kimi aktorların güclənməsinin şahidi olduq. Nəticə etibarilə dünyada regional lider ölkələr meydana gəlməyə başladı. Təbii ki, dünyanı ağlara və qaralara bölmək heç də yaxşı deyil. Bu bizə İkinci Dünya müharibəsindən sonra Soyuq müharibəni xatırladır. Həmin dövrdə də dünya kapitalist və sosialist düşərgəsinə bölünmüşdü. Ümumiyyətlə, demokratiya adı altında məkrli planlara son qoymaq lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru