ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır

15-12-2021, 09:11           
ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır
ABŞ İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Amerikanın təşkilatdakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi rəsmi Tehrana iqtisadi fayda gətirəcək.

Diplomat əlavə edib ki, İran Vyana danışıqlarında qeyri-real tələblər irəli sürüb: “Lakin biz İranın nüvə proqramını sürətləndirməsinə və danışıqları uzatmasına icazə verə bilmərik. Təəssüflə demək istəyirəm ki, Vyana danışıqlarında da məhz bu baş verir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru