Səudiyyədən şok qərar - Həcc ziyarətinə gələcək adamdan sual ŞİƏSƏNMİ?
7-05-2015, 02:08
Səudiyyə Ərəbistanı bu il Həcc ziyarətinə gələcək zəvvarların məzhəbi ilə maraqlanmağı qərara alıb.
Son dönəmdə Yəməndə baş verən hadisələr fonunda Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərində meydana çıxan gərginlik Həcc ziyarətinə də təsir etməyə başlayıb. Belə ki, rəsmi Riyad Pakistandan bu ölkədə Həcc ziyarətinə gedəcək insanlar üçün tərtib edilən blanklara “şiəsənmi” sualını əlavə etməsini istəyib. Ərəbistanın hələlik bunu Pakistandan başqa daha hansı müsəlman ölkəsindən istədiyi bəlli deyil. Riyad Yəməndə əsasən İranın dəstəyi ilə fəallaşan Husilərin (digər adı Ansar Allah – “Tanrının köməkçiləri” olan Husilər Yəməndə yaşayan Zeydi şiə toplumu tərəfindən qurulmuş dəstəyə verilən addır. Onlara bu ad 2004-cü ildə öldürülən rəhbərləri Hüseyn Bədrəddin Əl-Husiyə görə verilmişdir. 2015-ci ildə paytaxt Sənanı və parlamenti ələ keçirən bu qrupa İranın və Hizbullahın hərbi və maliyyə yardımı etdiyi deyilir) Həcc ziyarəti yolu ilə Ərəbistana daxil olacağından ehtiyatlanır. Ehtimal etmək olar ki, Səudiyyə Ərəbistanı eyni şeyi digər müsəlman ölkələrindən də istəyəcək. Bu isə müəlman şərqində sünni-şiə qaşıdırmasını daha da dərinləşdirə bilər.
strateq.az