Myanmada yenidən zəlzələ baş verdi

5-04-2025, 11:14           
Myanmada yenidən zəlzələ baş verdi
Myanmanın Mandalay şəhərindən 53 km cənubda 4,9 bal gücündə yeraltı təkan qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Təkanın ocağı 35 km dərinlikdə yerləşib. Dağıntılar və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, martın 28-də Myanma ərazisində bir neçə güclü zəlzələ baş vermişdi. Onların maqnitudası 7,7 bal təşkil etmişdi. Bu təkanların təsirini Çin və Tayland da daxil olmaqla, bir neçə qonşu ölkənin sakinləri hiss etmişdi.

Təbii fəlakət nəticəsində Myanmada minlərlə insan xəsarət alıb. Ölkədə bəzi binalar ciddi zərər görüb. İravadı çayı üzərindəki körpü və tarixi Mandalay sarayı dağıdılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru