Makronun indiyədək bilinməyən qəribə adəti...

5-04-2025, 10:38           
Makronun indiyədək bilinməyən qəribə adəti...
Siyasi şərhçi Oliviye Bomontun yeni "Yelisey sarayının faciəsi" kitabında Fransa prezidenti Emmanuel Makronun Christian Dior-un Eau Sauvage odekalonundan həddindən artıq istifadə etmək kimi qeyri-adi vərdişindən bəhs olunur.
Bakupost.az xəbər verir ki, bu barədə Parisien yazıb.
Kitabda “Prezidentin qoxusu” adlı ayrıca fəsildə Bomont Makronun bu özəlliyini ətraflı təsvir edir:
"Respublika Prezidenti Christian Dior-un Eau Sauvage odekolon variantı ilə ətirlənir. Onun ətir flakonları hər yerdə, o cümlədən masasının çəkməcələrində də var. Qoxu nöqteyi-nəzərindən bu, kifayət qədər güclü siqnal göndərir. Yelisey Sarayının Fəxri Həyətinə çıxmaq kifayətdir ki, onun buradan keçib-keçmədiyini anlayasan".
Bomontun sözlərinə görə, Makron üçün bu ətir güc simvoludur. O, gün ərzində müntəzəm və əhəmiyyətli miqdarda odekolon istifadə edir. Üstəlik, onun həyat yoldaşı Bricit prezidentin olmadığı müddətdə Eau Sauvage-dən istifadə etməyə davam edir.
Essentiel nəşru Makronu XIV Lüdoviklə müqayisə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru