“Əgər Rusiya hücuma keçsə...” - “Ruslar razlaşmalara əməl etmədilər”

5-04-2025, 11:56           
“Əgər Rusiya hücuma keçsə...” - “Ruslar razlaşmalara əməl etmədilər”
ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın yeni genişmiqyaslı hücuma hazırlaşdığı ilə bağlı şayiələrdən danışıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Dövlət katibi Rusiyanın gözlənilən hücumunu Moskvanın sülh istəməməsinin göstəricisi kimi qəbul edəcəklərini deyib: "Əgər sabah yuxudan oyanıb rusların hansısa hücum əməliyyatına başladığını görsək, onların sülh istəyib-istəmədiyini dəqiq biləcəyik. Əgər istəməsələr, biz bunu əvvəlcədən bilməliyik ki, siyasətimizi buna uyğunlaşdıraq".

O, atəşkəs rejiminin pozulmasının “narahatedici əlamət” olduğunu vurğulayıb: "Müharibə davam edir və indi həm Ukraynada, həm də Rusiyada nəsə partlayacaq, çünki münaqişə hələ də qızğın çağındadır. Biz isə onun sona çatması üçün çalışırıq. Əgər real atəşkəs olsaydı, hərbi əməliyyatlar tam dayandırılsaydı, heç bir partlayış baş verməzdi. Lakin, gördüyümüz kimi, ruslar buna razı olmadılar, onların öz şərtləri var və onlar razılaşmalara əməl etmirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru