Qadın futbolçularımız qalib gəldi

5-04-2025, 11:08           
Qadın futbolçularımız qalib gəldi
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Litvaya qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda meydan sahiblərini 2:0 hesabı ilə üstələyib.

Vilnüsdəki “Jalgiris” stadionunda təşkil edilən qarşılaşmada yığmanın qollarını Manya Esra (21) və Nigar Mirzəliyeva (55) vurub.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru