Xaçaturyan Aİ ilə bağlı sənədi İMZALADI

5-04-2025, 10:58           
Xaçaturyan Aİ ilə bağlı sənədi İMZALADI
Ermənistan prezidenti Vaaqn Xaçaturyan respublikanın Aİ-yə daxil olması prosesinin başlanması haqqında qanunu imzalayıb.

TEREF xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Martın 26-da Ermənistan parlamenti respublikanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Layihə bu məqsədlə ölkə vətəndaşlarının 60 min imzasını toplayan bir sıra ictimai-siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb (Ermənistan Konstitusiyasına görə, mülki qanun layihələrinin parlamentdə baxılması üçün ən azı 50 min imza toplanmalıdır). \\Unikal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru