Tramp Le Penin azadlığa buraxılmasını tələb edib

5-04-2025, 11:34           
Tramp Le Penin azadlığa buraxılmasını tələb edib
ABŞ prezidenti Donald Tramp Fransanın “Milli Birlik” parlament qrupunun lideri Marin Le Pen haqqında çıxarılan məhkəmə qərarına münasibət bildirib.
"Truth Social" sosial şəbəkəsində paylaşım edən Tramp, siyasətçi ilə bağlı qərarın “söz azadlığını boğmaq üçün istifadə olunan hüquqi alət” adlandırıb.

Onun fikrincə, Avropadakı solçular hüquq sistemindən istifadə edərək söz azadlığını məhdudlaşdırır və siyasi rəqiblərini senzura edir.

Tramp bu üsulları ABŞ-ın əvvəlki prezidenti Co Baydenin administrasiyasının siyasəti ilə müqayisə edib.

“Bütün bunlar Fransa və böyük fransız xalqı üçün çox pisdir, onların hansı tərəfdə olmasından asılı olmayaraq. Marin Le Peni azad edin!” – deyə Tramp bildirib.

Xatırladaq ki, martın 31-də Paris məhkəməsi Marin Le Pen və “Milli Birlik”in bir neçə digər deputatını Avropa Parlamentinin vəsaitlərindən təyinatı üzrə istifadə etməməkdə təqsirli bilib. Hökmə əsasən, Le Penə iki il müddətində elektron nəzarət altında ev dustaqlığı, 100 min avro cərimə və beş il müddətinə dövlət orqanlarına seçilmə qadağası verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru