BMT Baş katibi Ukraynaya soxulmaya inanmır - "Beynəlxalq qanunlara ziddir"
23-01-2022, 08:35

BMT Baş katibi Antoniu Quterreş əmin olduğunu bildirib ki, Ukraynaya hərbi təcavüz həyata keçməyəcək, belə ki, bu, beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.
«Bu kontekstdə hərbi təcavüzə yol verilməməsi barədə mənim ismarışlarım aydındır. Mən əminəm ki, bu olmayacaq və çox inanıram ki, mən haqlıyam» - yanvarın 21-də o, mətbuat konfransında deyib.
Quterreş əlavə edib, münaqişənin yeganə həlli diplomatiyadadır. Onun sözlərinə görə, hər hansı ölkəyə istənilən təcavüz beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir.
Bu zaman Baş katib dəqiqləşdirib ki, BMT-də tərəflər bu situasiyada rəsmi vasitəçi məsələsində konsensusa gəlməyiblər. O, öz növbəsində, mediator rolunda çıxış etməyə hazır olduğunu bildirib.
«Mən, zəmanət verirəm ki, mənim xoşməramlı xidmətim gərginliyin azaldılması üçün hər zaman əlçatandır» - Quterreş deyib.
Həmin gün, bundan əvvəl KİV-lər xəbər veriblər ki, Böyük Britaniya Ukraynaya bu yaxınlarda təşkil olunmuş xüsusi əməliyyatlar Ordu briqadasından 30 hərbçi göndərib.
Yanvarın 20-də Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, bu günə ölkə beynəlxalq həmkarlardan görünməmiş hərbi kömək alır. Belə ki, ABŞ-da demokrat və respublikaçı senatorlar Konqresə Ukraynaya lend-liz üzrə silah göndərilməsi barədə qanun layihəsi çıxarıblar. Litva, Latviya və Estoniya xəbər veriblər ki, Ukraynaya "Stinqer" hava hücumundan müdafiə raketləri və tank əleyhinə "Javelin" raketləri veriblər.
Bundan başqa, Çexiya ölkəyə kömək üçün 152 mm kalibrli ağır artilleriya mərmiləri göndərməyi planlayır.