NATO Baltikyanı ölkələrdə müharibəyə hazırlaşır

23-01-2022, 11:16           
NATO Baltikyanı ölkələrdə müharibəyə hazırlaşır
“Le Fiqaro” qəzetinin müxbiri Nikolas Barot alyansın Rusiya ilə münaqişə hazırlığı üçün hərbi mövcudluğunu gücləndirdiyi Baltikyanı ölkələrdəki NATO təlimlərindən reportaj dərc edib.

Axar.az xəbər verir ki, hərbi təlimlərdə Fransa və Britaniya ölkələrinin tankları, zirehli texnikalar, piyadaların döyüş maşınları, tank əleyhinə mərmilər və raketlər iştirak edir.

Reрortajda qeyd olunur ki, Estoniyada Fransa və Britaniyadan olan minə yaxın əsgər yerləşdirilib. Üstəlik, Böyük Britaniya bu prosesdə xüsusilə fəaldır. Mart ayında danimarkalılar da təlimlərə qoşulacaq.

"Təlimlərin bir hissəsi Latviyada keçirilir: NATO hərbçiləri Adazi hərbi şəhərciyindədir. Baltikyanı ölkələr müdafiə məsələsində birgə işləyirlər.

Bu geniş ərazidə döyüş sursatları ilə tanklardan təlim atışı aparmaq da mümkündür, Avropada isə belə təbii poliqonlar yoxdur.

Baltikyanı ölkələrdə keçirilən manevrlərin məqsədləri arasında NATO ordularının “birlikdə işləmə qabiliyyətini” yoxlamaq da var. Eyni zamanda bir çox çətinliklər mövcuddur: dil baryerindən tutmuş üzv ölkələrin silahlı qüvvələrinin müxtəlif səviyyəli hazırlığına qədər.

Kanadalıların komandanlığı altında on dövlətin qüvvələri Latviyada, Almaniya ilə bərabər 7 ölkənin hərbi qulluqçuları isə Litvada yerləşdirilib. Polşada alyans qüvvələrinə amerikalılar rəhbərlik edir, onlardan əlavə Britaniya, Rumıniya və Xorvatiya hərbçiləri də var", - reportajda bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.