“Airbus”la “Qatar Airways” arasında qalmaqal böyüyür

24-01-2022, 08:13           
“Airbus”la “Qatar Airways” arasında qalmaqal böyüyür
“Airbus” şirkəti yanvarın 20-də “Qatar Airways”in 50 ədəd A321 Neo modeli ilə bağlı sifarişindən imtina etdikdən sonra 2 şirkət arasında narazılıq ən yüksək həddə çatıb.

Qətərli aviadaşıyıcı A350 modelinin qüsurları barədə video hazırlayaraq öz saytında paylaşıb.

Videoda hava gəmisinin boya örtüyünün qopduğu, bəzi hissələrdə korroziyanın baş verdiyi aydın görünür. Qətərin dövlət qurumları ötən yayda bu problemə görə şirkətə məxsus A350 təyyarələrinin uçuşuna qadağa qoyub.

Məsələyə həm istehsalçı, həm də Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi münasibət bildirib. Hər 2 tərəf bildirib ki, boya örtüyünün pozulması uçuşların təhlükəsizliyinə təsir etmir. Problem başqa şirkətlərin hava gəmilərində aşkar edilsə də, istismar ayandırılmayıb.

“Qatar Airways” bu izahatla razılaşmayaraq təzminat tələbi ilə məhkəməyə müraciət edib.marja












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru