Kubada Rusiya nüvə raketləri? - PUTİN BERMUDESƏ ZƏNG VURDU

25-01-2022, 00:05           
Kubada Rusiya nüvə raketləri? -
Rusiya prezidenti Vladimir Putinlə Kuba prezidenti Migel Dias-Kanel Bermudes arasında telefon danışığı olub. Bu barədə Kremlin saytında bildirilir.

Bermudes rusiyalı həmkarına respublikaya göstərilən humanitar yardıma, o cümlədən koronavirus infeksiyası ilə mübarizədə göstərilən dəstəyə görə təşəkkür edib. Qeyd olunur ki, siyasətçilər “strateji tərəfdaşlıq prinsiplərinə və dostluq və qarşılıqlı anlaşma ənənələrinə uyğun olaraq beynəlxalq arenada fəaliyyətlərin əlaqələndirilməsini” müzakirə ediblər.

RİA Novosti yazır ki, Putin və Bermudes arasında danışıqlar Rusiyanın hərbi bazalarının Kubada yerləşdirilməsi ilə bağlı şayiələr fonunda baş tutub. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bunu təkzib etməsə də, bu məlumat təsdiqini tapmayıb. Ehtimal olunur ki, ABŞ “təxribat törədərsə”, Rusiya “dəniz donanması xətti üzrə tədbirlər” həyata keçirə bilər. Venesuelada hərbi bazaların yerləşdirilməsi də belə bir tədbir hesab olunur.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kuba və Venesuela suveren ölkələrdir və onların öz ərazilərində kimin hərbi bazalarını yerləşdirməyə hazır olduqlarına qərar vermək hüququ var./virtualaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru