Polşa Ukraynaya hərbi yardım göstərə bilər

25-01-2022, 00:00           
Polşa Ukraynaya hərbi yardım göstərə bilər
Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox bazar ertəsi prezident Anjey Duda ilə görüşdən sonra bildirib ki, Varşava Kiyevə hərbi yardım imkanını nəzərdən keçirir. Bu barədə RİA Novosti xəbər verir.

"Hərbi yardım məsələsinə baxılıb. Hazırda bu mövzu ilə bağlı təfərrüatları bölüşə bilmərəm", - Solox bildirib.

Eyni zamanda o, aydınlaşdırıb ki, söhbət Polşa hərbi kontingentinin Ukraynaya göndərilməsindən getmir.

"Söhbət maddi yardımdan gedir. Hər hansı artımdan, qoşunlarımızın Ukrayna ərazisində olmasından söhbət getmir. Ukraynalılar bunu tələb etməyiblər", - Solox bildirib./virtualaz












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru