"Bayden Avropaya ordu tullamaq fikrindədir" - KİV

25-01-2022, 09:14           
"Bayden Avropaya ordu tullamaq fikrindədir" - KİV
Rusiyanın Ukraynaya «soxulmağa hazırlaşdığı» ehtimalının artdığı fonda ABŞ Prezidenti Co Bayden Şərqi Avropada yerləşən NATO ölkələrinə bir neçə min Amerika hərbçisi, döyüş təyyarələri və gəmiləri göndərmək imkanlarına baxır.

Bu barədə yanvarın 23-də «Nyu York Tayms» qəzeti Ağ Evdəki məlumatlı mənbəyə istinadla xəbər verib.

Nəşrin məlumatına görə, Kemp-Deviddəki Prezident iqamətgahındakı görüşdə yanvarın 22-də ABŞ Müdafiə Nazirliyinin yüksək məqamlı məmurları Baydenə hadisələrin bir neçə ssenarisini təklif ediblər. Onlardan biri 5000 hərbçi göndərməyi təklif edib, situasiyanın pisləşməsi halında isə onların sayı 10 dəfə artırıla bilər.

Qeyd olunur ki, Ağ Evin sahibi qərarı cari həftədə qəbul edəcək. Bunun, Moskvanın təhlükəsizlik qarantiyası təklifinə Vaşinqtonun cavabına qədər və ya sonra baş verəcəyi dəqiqləşdirilmir.

Ukraynanın özündə isə Amerika ordusunun yerləşdirilməsi hələ ki, Vaşinqtonun gündəliyində durmur, - "Nyu York Tayms" qeyd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru