Şahzadə Harri atası ilə gizli danışıqlar aparır - FOTO

25-01-2022, 09:49           
Şahzadə Harri atası ilə gizli danışıqlar aparır - FOTO
Şahzadə Harri atası Şahzadə Çarlzla barışmaq istəyir. O, ailəsi ilə aralarındakı fikir ayrılıqlarını aradan qaldırmaq üçün gizli danışıqlar aparır.

Məlumata görə, ata və oğul Kraliça II Elizabetin taxta çıxmasının Böyük Britaniyada qeyd olunacaq platin yubileyi ərəfəsində danışıblar.



O da bildirilir ki, Çarlz və Harri arasında münasibətlərdə müəyyən isinmələr olub, onlar yenidən, o cümlədən videobağlantı vasitəsilə ünsiyyət qurmağa başlayıblar. Kral ailəsi şahzadənin bu yay Britaniyaya qayıtmasını gözləyir, lakin ola bilsin ki, həyat yoldaşı Meqan Markl və uşaqları - iki yaşlı Arçi və yeddi aylıq Lilibet yanında olmasın.



Bundan əvvəl bildirilmişdi ki, Kraliçanın 70 illik yubiley münasibəti ilə xidmətdə olan hərbi qulluqçulara, həmçinin polis və həbsxana məsullarına, yanğınsöndürənlərə və fövqəladə hallar işçilərinə (ümumilikdə təqribən 400 min nəfərə) mükafat təqdim olunacaq. Bundan əlavə, “Georgi xaçı”, yaxud “Viktoriya Xaçı”nın canlı sahiblərinə də medal veriləcək. Ancaq bu siyahıda nə kraliçanın oğlu Endryunun, nə də nəvəsi Harrinin adı var.

Mənbə: The Sun












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru