Kliçko Almaniyanı Ukraynaya xəyanətdə ittiham etdi 25-01-2022, 10:49 Kiyev meri Vitali Kliçko Almaniyanın Ukraynaya silah tədarükündən imtina etməsini xəyanət adlandırıb.“Ukraynada Almaniya hökumətinin “Şimal axını – 2” layihəsini dəstəkləməyə davam etməsindən böyük məyusluq mövcuddur”, - deyə V.Kliçko bildirib.O, qeyd edib ki, Almaniya özü Kiyevə silah vermək istəmir, həmçinin digər ölkələrə də icazə vermir.Mənbə: Bild Facebook-da paylaş