Brüsseldə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək

25-01-2022, 11:37           
Brüsseldə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək
Yanvarın 26-da Brüsseldə NATO-Gürcüstan Komissiyasının iclası keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili toplantıda iştirak etmək üçün Brüsselə işgüzar səfərə yollanıb.

Gürcüstan nümayəndə heyətinin tərkibinə Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin sədri İrakli Beraya, Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradze və xarici işlər nazirinin birinci müavini Laşa Darsalia daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.