Danimarkada bütün koronavirus qadağaları ləğv edilir 26-01-2022, 00:05 Danimarka rəhbərliyi yanvarın 31-dən etibarən koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edəcək.Hökumətin müvafiq qərarı Baş nazir Mette Frederiksen tərəfindən yanvarın 26-da keçiriləcək mətbuat konfransında elan ediləcək.Həmçinin ölkədə fevralın beşindən etibarən koronavirus kritik təhlükəli xəstəliklər siyahısından çıxarılacaq.Mənbə: Gazeta.ru Facebook-da paylaş