Tayland marixuananı leqallaşdıran ilk Asiya ölkəsi oldu

26-01-2022, 09:23           
Tayland marixuananı leqallaşdıran ilk Asiya ölkəsi oldu
Tayland marixuananı faktiki olaraq dekriminallaşdıran ilk Asiya ölkəsi olub.

Artıq bir neçə aydan sonra yerli əhali evdə bu bitkini yetişdirə biləcək. Lakin ondan kommersiya məqsədləri üçün istifadə etmək qadağan olunacaq.

Bu, ölkənin Səhiyyə Nazirliyinin marixuananı qadağan olunmuş maddələr siyahısından çıxarmasından sonra mümkün olub. Artıq məsələ ilə bağlı yeni qanun qəbul olunsa da, hələ ki, rəsmi olaraq dərc edilməyib.

Qanuna əsasən, yeni qaydalar 120 gün sonra qüvvəyə minəcək.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru