Estoniya Silahlı Qüvvələri üçün 500-dən çox “Spike SR” tank əleyhinə raketləri sifariş verib

26-01-2022, 10:23           
Estoniya Silahlı Qüvvələri üçün 500-dən çox “Spike SR” tank əleyhinə raketləri sifariş verib
Estoniya hökuməti ölkənin Silahlı Qüvvələri üçün 500-dən çox “Spike SR” tank əleyhinə raketləri sifariş verib.
bu barədə “EuroSpike” şirkəti məlumat yayıb.

Bu sifariş Estoniya ordusuna 7 il müddətinə 18 “Spike” buraxılış sisteminin tədarükü üçün 2019-cu ildə imzalanmış 40 milyon avroluq müqavilənin bir hissəsidir, buraxılış qurğuları artıq 2020-ci ildə təhvil verilib. Yeni müqaviləyə əlavə buraxılış sistemlərinin alınması da daxildir.

“EuroSpike” şirkəti “Diehl Defence” (Almaniya), “Rheinmetall Electronic” (Almaniya) və “Rafael” (İsrail) şirkətləri tərəfindən birgə yaradılıb və İsrailin “Spike” raket komplekslərinin tədaürkü ilə məşğuldur.

“Spike SR” yüngül çəkili, çiyinə qoyularaq atılan, 2000 metrə qədər effektiv məsafəyə malik, “atdım-unutdum” prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksləridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru