Erməni mediası: "Yaralıar yollarda keçinir, dərman çatışmır"

3-04-2016, 00:50           
Erməni mediası: "Yaralıar yollarda keçinir, dərman çatışmır"
Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər.

teref.az "Report"a istinadən xəbər verir ki, bəyanatda deyilir: "Biz ermənilər ilk növbədə cəbhə xəttində həlak olan hərbçilər və dinc sakinlərlə bağlı həqiqəti əks etdirən məlumatları almaq istəyirik. KİV-ə daxil olan məlumatlar isə çox səthidir. Erməni jurnalistlər məlumatları vətəndaşlardan almaq məcburiyyətindədirlər - tibb məntəqələrindən, meyitlərin aparıldığı kilsələrdən məlumat götürürlər. Hadisə şahidləri dəhşətli sözlər danışırlar - yaralıları daşımaq üçün vertolyotlar çatmır, yaralıları avtomobillərlə daşıyırlar və onlar yoldaca vəfat edirlər, hospitallar yaralıları qarşılamağa hazır deyillər - personal yoxdur, dərmanlar çatmır. Xalqın doğru məlumatı bilmək hüququ var"
Erməni jurnalistlər sualla çıxış edirlər: "Müdafiə Nazirliyinin rəsmi məlumatları hardadır? Bu məlumatlar yoxdur, kabinet "siçovulları" ağızlarına su alıb otururlar. Həqiqət nə qədər ağır olsada biz onu bilməliyik".
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru