Dağlıq Qarabağdakı gərginlikYaponiya mətbuatında

3-04-2016, 12:14           

Aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr Yaponiya mediasının da diqqət mərkəzindədir.

Ölkənin “NHK”, “FHN news”, “TBS news”, “Mainichi Shimbun”, “NNN news”, “JNN news” kimi nüfuzlu KİV-ləri cəbhə xəttində yaranan gərginlik barədə son məlumatları yayıblar.

Məlumatlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu və keçmiş Sovet ittifaqının dağılması ərəfəsində Ermənistan tərəfindən faktiki işğal edildiyi vurğulanır. Azərbaycan Müdafiə Nazirliyinə istinadla təxribatın məhz Ermənistan tərəfindən törədildiyi və qarşıdurma nəticəsində 100-dən çox erməni əsgərinin məhv edildiyi bildirilir.

Qeyd edilir ki, atəşkəs haqqında 1994-cü ilin mayında əldə edilmiş razılaşmadan sonra bu, tərəflər arasında baş verən ikinci belə böyük qarşıdurmadır(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru