“Nüvə sazişinə düzəlişlər edilməlidir“ - Xamnəi

17-02-2022, 18:58           
“Nüvə sazişinə düzəlişlər edilməlidir“ - Xamnəi
İranın ali dini lideri Ayətullah Xamnəi Qərbin Tehranın nüvə silahı yaratmağa çalışması ilə bağlı dediklərini "absurd" adlandırıb.

Cia.az IRNA-ya istinadla xəbər verir ki, o, İranla nüvə sazişinə düzəlişlər edilməsini istəyib.

"Onlar İranın nüvə proqramının dinc xarakter daşıdığını bilirlər. Amma İranın bomba yaratmağa nə qədər yaxın olduğu ilə bağlı absurd, cəfəng iddialar irəli sürürlər. Biz nüvə enerjisindən dinc məqsədlərlə istifadə olunmasına sadiqik. Onlar bunu bilirlər, lakin İran xalqının bununla üzləşməsini istəyirlər. Gələcəkdə nüvə enerjisinə ehtiyacı olanda”, - deyə Xamnəi qeyd edib.

O vurğulayıb ki, dünya getdikcə daha çox nüvə enerjisinə arxalanır:

"Bizim də gec-tez təcili olaraq nüvə enerjisinə ehtiyacımız olacaq. Bu gün onun qayğısına qalmasaq, sabah çox gec olacaq. Gələcəkdə heç bir problem olmaması üçün bəzi məqamlara yenidən baxılmalıdır. Bu məqamların bəziləri nəzərə alınmadı və sonradan hamımızın indi gördüyümüz problemlər ortaya çıxdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru