İranın əmniyət qüvvələri ərəb gənci güllələdi

18-02-2022, 11:25           
İranın əmniyət qüvvələri ərəb gənci güllələdi
İranın əmniyət gücləri əhvazlı gənci güllələyərək qətlə yetiriblər.

Paralel.az xəbər verir ki, bu barədə Əhvaz (Xuzistan) ərəblərinin sosial media fəalları xəbər yayıb.

Məlumata görə, hadisə fevralın 17-də Əhvaz şəhərinin Məndili məhəlləsində meydana gəlib. Qətlə yetirilən şəxsin İsmayıl Kəbi Zehi olduğu bildirilir.

Fəallar İsmayıl Kəbinin evinin əmniyət gücləri tərəfindən mühasirəyə alındığını və heç bir xəbərdarlıq etmədən atəş açdıqlarını yazıblar.

Qeyd edək ki, son günlər oxşar hadisələr nəticəsində bir neçə ərəb gənc SEPAH və təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru