"Rusiyanın Ukraynaya hücumu planı blef deyil" - Pentaqon rəhbəri
19-02-2022, 11:54
“Rusiya Ukrayna sərhədlərinə “uğurlu işğal” üçün zəruri olan bir sıra güc və vasitələri yerləşdirib və belə bir perspektivin “blef” olmadığını açıq şəkildə nümayiş etdirir”. AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Austin eyib.
"Bu, blef deyil. Düşünürəm ki, o, düzgün olanları - uğurlu işğal üçün nə lazımdırsa, onları sərhədə toplayıb", - ABŞ rəsmisi söyləyib.
Bundan əvvəl, ABŞ prezidenti Co Bayden deyib ki, Rusiya qüvvələri yaxın həftə, yaxın günlərdə Ukraynaya və paytaxt Kiyevə hücum etməyi planlaşdırır.