Ukraynaya yaxınlaşan tankların üzərində “Z” işarəsi – Putin Zelenskiyə mesaj verir, yoxsa…

21-02-2022, 08:56           
Ukraynaya yaxınlaşan tankların üzərində “Z” işarəsi –
Ukrayna sərhədinə yaxınlaşan rus qoşunlarında gözdən qaçmayacaq bir detal var. Tank karvanının fotolarənən göstərildiyi yerlərdən birində Ukrayna sərhədinə təxminən 25 kilometr qalır.

Teref.az xəbər verir ki, Ukraynanı şimal, şərq və cənub cəbhələrindən təxminən 150 min əsgərlə əhatəyə alan Rusiya, getdikcə sərhəd xəttinə yaxınlaşır.

Sərhəddən gələn son foto və görüntülərdəki bir işarə isə, diqqətdən qaçmayıb. Rus analitik Rob Leenin göstərdiyi “Z” işarəsi qısa müddət içində böyük səs-küy yaradıb.

Sərhədə doğru irəliləyən nəhəng tank karvanlarında və digər zirehli maşınlarda görünən “Z” işarəsinin nə mənanı verdiyi maraqlıdır. Çünki, “Z” işarəli hərbi qüvvələrə verilən vəzifə hələlik sirrini qoruyur. Hərbi qüvvələrin bir-birini tanıması üçün bənzər işarələr daşıdığı məlumdur. İctimai mediada “Z” hərfi ilə Ukrayna lideri Vladimir Zelenskiyə mesaj verildiyi istiqamətində şərhlər yer alıb.

Donbasdan gələn son görüntülərdə rus ordusuna aid hərbçilərin artdığını göstərir. Ekspertlər, Rusiyanın bu gecə və ya önümüzdəki günlərdə hücuman başlaya biləcəyini söyləyir.

Sherg.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru