ABŞ Ukraynadakı münaqişənin Polşaya keçməməsi üçün hər şeyi edəcək

21-02-2022, 08:05           
ABŞ Ukraynadakı münaqişənin Polşaya keçməməsi üçün hər şeyi edəcək
Amerika Birləşmiş Ştatlar Ukraynadakı gərginliyin Polşaya keçməsinin qarşısını almaq və ABŞ hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edəcək.

“Report” xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin “ABC” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynada qoşun yerləşdirmək niyyətində deyil: “Biz hərbi personalımızı və polşalı tərəfdaşlarımızı qorumaq üçün əlimizdən gələni edəcəyik ki, münaqişə sərhədləri aşmasın. Bu, bizim nəzarət edəcəyimiz bir şeydir. Bunun qarşısını almaq üçün düzgün addımların atılmasını təmin etmək üçün diqqətli olacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru