Ukrayna hərbçilərin ölümünü təkzib edir- Rusiya deyir "öldürmüşük"
21-02-2022, 18:49
Ukrayna ərazisindən bir qrup şəxs tərəfindən Rusiya Federasiyasının dövlət sərhədini pozmağa cəhd edilib.
Teref.az xəbər verir ki, bu barədə jurnalistlərə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 21 fevral 2022-ci il tarixində, Moskva vaxtı ilə saat 06:00 radələrində, Rostov vilayətinin Mityakinskaya qəsəbəsi ərazisində, Rusiya Federasiyasının Ukrayna Respublikası ilə dövlət sərhədinin kəsişməsində toqquşma baş verib. Nəticədə 5 ukraynalı hərbçi öldürülüb.
Qeyd olunub ki, Rusiya Federasiyasının hərbçiləri və FTX-nin sərhəd qoşunlarından xəsarət alan olmayıb.
Ukrayna tərəfi isə Rusiyanın yaydığı bu məlumatı təkzib edərək həmin ərazidə hərbçilərinin olmadığını bəyan edib (apa).