Zelenski Ukrayna xalqına müraciət edib

22-02-2022, 08:35           
Zelenski Ukrayna xalqına müraciət edib
Zelenski Kiyevin siyasi-diplomatik nizamlanmaya sadiq olduğunu deyib

“Rusiyanın hərəkətlərinə baxmayaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri eyni qalacaq”.

AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski xalqa müraciətində deyib.

“Özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir”, - Zelenski vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Ukrayna "Normand dördlüyü"nün Fövqəladə Zirvə Toplantısı təşəbbüsü ilə çıxış edib.

Rəsmi Kiyev ATƏT-in Xüsusi Monitorinq Missiyasının tam formatda fəaliyyətində təkid edir.

Onun sözlərinə görə, Kiyev siyasi-diplomatik nizamlanmaya sadiqdir və təxribatlara tabe olmayacaq.

“Ukrayna heç kimə heç nə verməyəcək”, - dövlət başçısı əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru