ABŞ Ukraynadakı diplomatlarını təxliyə edir və səfirliyini Polşaya köçürür
22-02-2022, 09:38
“ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynada qalan amerikalı diplomatların ölkədən çıxarılmasına göstəriş verib. Səfirlik isə Polşaya köçürülür”. Bu barədə Bloomberg öz mənbələrinə istinadən yazır.
“Bayden administrasiyası Dövlət Departamentinin qalan bütün işçilərinə Ukraynanı tərk etməyi əmr edib. Səfirlik daha əvvəl qərbdəki Lvov şəhərinə köçürülüb. İndi o, Polşaya köçürülür”, - agentliyin müxbiri Twitter-də bildirib.
Bu qərarın təhlükəsizlik məqsədi ilə verildiyi qeyd edilir. Rusiyanın mümkün işğalı baş verməsə, diplomatlar Ukraynaya qayıdacaqlar.