Yaponiya Rusiyaya texnologiyaların ixracını qadağan etməyi planlaşdırır
22-02-2022, 12:23
Yaponiya hökuməti Rusiyaya qarşı iqtisadi sanksiyaların təsdiqləmə prosesinə başlayıb. Onların Ukraynaya hərbi müdaxiləsi halında qəbul ediləcək. Bu barədə "Yomiuri" nəşri yazır.
KİV-in məlumatına görə, Tokio Yaponiyadan Rusiyaya qabaqcıl texnologiyaların, o cümlədən yarımkeçiricilərin, süni intellekt və robot texnikası ilə bağlı texnologiyaların ixracını məhdudlaşdırmağı planlaşdırır.
Ölkə hakimiyyətinin maliyyə sektorunda Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanlarını da nəzərdən keçirdiyi vurğulanır.