Moskva "xalq respublikalarına" qoşun göndərməyi planlaşdırmır RUSİYA XİN BAŞÇISININ MÜAVİNİ AÇIQLADI
23-02-2022, 00:02
Rusiya tərəfinin “Donbass respublikaları”nın ərazisinə hələlik qoşun yeritmək planı yoxdur, lakin "təhlükə yaranarsa", onlara "hərbi yardım göstəriləcək". Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Bu məqamlar sazişlərdə əksini tapıb", - o, "İnterfaks" agentliyinin sualını cavablandırarkən deyib.
"Belə ssenari Rusiya ilə Ukrayna arasında birbaşa toqquşmaya gətirib çıxaracaqmi?" sualına Rudenko belə cavab verib: “Gəlin spekulyasiya etməyək. Hələlik heç kim heç bir yerə qoşun yeritmək fikrində deyil”.
Xatırladaq ki, bu gün Rusiyanın Dövlət Duması və Federasiya Şurası “Luqansk və Donetsk Xalq Respublikaları” ilə "dostluq, əməkdaşlıq və qarşılıqlı yardım" haqqında sazişləri ratifikasiya edib.