Britaniya Rusiyanın bu banklarına sanksiya tətbiq etdi - 3 oliqarxın hesabları donduruldu

22-02-2022, 20:08           
Britaniya Rusiyanın bu banklarına sanksiya tətbiq etdi -
Bu gün Britaniya parlamentində çıxış edən baş nazir Boris Conson Rusiyanın beş bankına (“Rossiya”, “İS Bank”, “General Bank”, “Promsvyazbank” və “Qara Dəniz Bankı”) qarşı sanksiya tətbiq edildiyini açıqlayıb.

Boris Conson rusiyalı sahibkarlardan Gennadi Timçenko, Boris və İqor Rotenberqin aktivlərinin dondurulacağını açıqlayıb... Bu haqda iqtisadçı-alim Qubad İbadoğlu məlumat verib:

"Onu da qeyd edim ki, Britaniyanın bu məsələdə önə çıxmasına baxmayaraq, ABŞ-dan daha ağır və sərt sanskiyalar gözlənilir. Əlavə onu da qeyd edək ki, dünya bazarında neftin, o sıradan da Rusiyanın xaricə ixrac etdiyi “Urals” markalı neftinin 1 barrelinin qiymətinin 100 dollara qədər artmasına baxmayaraq, rus rublu ABŞ dollarına nəzərən dəyər itirir və hazırda 80 rubl 1 dollara satılır və bu nisbət getdikcə böyüyəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru