İtaliya martın 1-dən bütün xarici vətəndaşlar üçün karantini ləğv edir

23-02-2022, 09:48           
İtaliya martın 1-dən bütün xarici vətəndaşlar üçün karantini ləğv edir
İtaliyanın səhiyyə naziri Roberto Speranza martın 1-dən ölkəyə daxil olan bütün əcnəbi vətəndaşlar üçün karantin rejiminin ləğv edilməsi barədə fərman imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bununla da İtaliyaya daxil olmaq üçün peyvənd sertifikatı, sağalma sertifikatı və ya mənfi koronavirus testi kifayət edəcək.

Səhiyyə Nazirliyindən bildirilib ki, göstərilən qətnamədə turizmlə bağlı yeni təlimatlar yoxdur. İndiyədək bir sıra ölkələrdən, o cümlədən İtaliyaya turizm məqsədilə giriş qadağan edilib.

Martın 31-də başa çatan fövqəladə vəziyyətin sonunda bu məhdudiyyətin də aradan qaldırılacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru