Fransa: AB Rusiyaya qarşı vahid mövqedən çıxış etdi
23-02-2022, 08:17
Ukrayna böhranı üçün diplomatiya qapıları açıq olaraq qalır.
Axar.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-İv Lö Drian deyib.
“Ukrayna ətrafındakı situasiya ciddi olaraq qalır. Rusiyaya qarşı sanksiyaların qəbulu ilə Avropa Birliyi ölkələri vahid mövqedən çıxış etdiklərini göstərdilər”, - deyə nazir bildirib.