ABŞ 800 əsgərini və F-35-ləri Rusiya sərhədinə göndərir
23-02-2022, 08:28
ABŞ İtaliyadan 800 əsgər və bir neçə F-35 qırıcısını NATO-nun şərq cinahı boyunca Baltikyanı ölkələrə, bir neçə əməliyyat məntəqəsinə göndərəcək.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
“Hava və quru qüvvələrinin elementlərindən ibarət bu qüvvə yaxın günlərdə NATO-nun şimal-şərq və cənub-şərq cinahlarına hərəkət edəcək və bu həftənin sonuna müəyyən edilmiş yerlərə çatacaq”, - Pentaqon rəsmisi qeyd edib.