Yaponiya İmperatorunun 62 yaşı tamam olur

23-02-2022, 11:18           
Yaponiya İmperatorunun 62 yaşı tamam olur
Fevralın 23-də Yaponiya İmperatoru Naruhitonun 62 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, bu ərəfədə Tokiodakı İmperator sarayında kütləvi-informasiya vasitələrinin nümayəndələri ilə görüşən monarx öz fikirlərini bölüşüb.

İmperator deyib ki, koronavirus pandemiyası ilə əlaqədar insanların iş yerlərini itirməsi, özünütəcrid şəraitində yaşayaraq, maliyyə çətinlikləri ilə qarşılaşması onun ürəyini ağrıdır. İnsanların həyatını qorumağa və onlara dəstək verməyə çalışanlara minnətdarlığını ifadə edən İmperator, insanların bir-birinə dəstək olacağı, öz ağrılarını bölüşəcəyi halda bu çətinliklərin arxada qalacağına əmin olduğunu bildirib.

Ötən yay Tokioda keçirilən Olimpiya və Paralimpiya Oyunlarını xatırladan monarx, yarışların təhlükəsizlik şəraitində keçməsinə töhfəsini verənlərə minnətdarlığını çatdırıb.

Vurğulayıb ki, onun fikrincə, idmançıların fədakar əməyini izləyən insanlar bundan yeni ümid və inam əldə ediblər.

İmperator, həmçinin cari ildə ABŞ tərəfindən Yaponiyaya qaytarılmasının 50 illiyi qeyd edilən Okinavanı xatırlayıb. İkinci Dünya müharibəsi zamanı burada gedən ağır döyüşlər nəticəsində 200 mindən çox insanın həlik olduğunu ürək ağrısı ilə deyib. Okinavanın keçdiyi yola yenidən baxaraq, öz ürəyində bu prefekturanın sakinlərinə yaxınlığı və dəstəyi saxlayacağını bildirib.

Qeyd edək ki, artıq ikinci ildir ki, İmperator Naruhito koronavirus pandemiyası səbəbindən doğum günü ilə əlaqədar kütlə qarşısına çıxmır və böyük ziyafət təşkil etmir. Yalnız İmperator sarayında kiçik ziyafətlə kifayətlənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru