Bir sıra Skandinaviya ölkələri, Baltik dənizi hövzəsində birgə hərbi təlimlərdə iştirak edəcək

23-02-2022, 09:36           
Bir sıra Skandinaviya ölkələri, Baltik dənizi hövzəsində birgə hərbi təlimlərdə iştirak edəcək
Bir sıra Skandinaviya ölkələri, Baltik dənizi hövzəsində birgə hərbi təlimlərdə iştirak edəcək.

AZƏRTAC İsveç KİV-lərinə istinadən xəbər verir ki, Böyük Britaniya, Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç və İsveç müxtəlif qoşun növlərindən ibarət müştərək ekspedisiya qüvvələrinin bu təlimlərdə iştirakı artıq təsdiqlənib.

Yeni təlimlərdə bağlı şərhində İsveç Müdafiə Nazirliyinin rəhbəri Peter Hultqvist bildirib ki, birgə ekspedisiya qüvvələri müxtəlif növ böhran vəziyyətlərində əməkdaşlığa hazır olan on ölkədən ibarətdir.

“İndi Baltik dənizində naviqasiya azadlığının təmin edilməsi üçün yaxın vaxtlarda bu təlimlər baş tutacaq. Bu, çox mühüm mərhələdir, lakin bununla dayanmayacağıq. Bizim gələcəkdə daha çox təlimlər keçirmək planımız var. Əməkdaşlığımız böhran zamanlarında tez istifadə edilə bilən gücümüzdür”, - deyə Peter Hulkvist bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru