Danimarka ukraynalı qaçqınlarla bağlı qanun qəbul etdi

17-03-2022, 12:03           
Danimarka ukraynalı qaçqınlarla bağlı qanun qəbul etdi
Danimarka parlamenti Ukraynadan olan qaçqınlara Avropa İttifaQI vətəndaşları ilə bərabər hüquqlar təmin edəcək xüsusi qanun qəbul edib. AzVision.az xəbər verir ki, bundan sonra ukraynalı miqrantlar Danimarkada bir il müddətinə uzadılma imkanı ilə iki il müddətinə etibarlı olan yaşayış icazəsini daha asan əldə edə biləcəklər. Qanun onlara Danimarka əmək bazarına, sosial yardıma və təhsilə çıxış imkanı verir.

Yaşayış icazəsi almaq üçün Danimarka İmmiqrasiya Xidmətinə müraciət etməli və biometrik məlumatları (foto və barmaq izləri) təqdim etməlisiniz. İmmiqrasiya Xidməti bildirib ki, 3000 ukraynalı artıq xüsusi qanunun qaydalarına uyğun olaraq müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru